İnsanlara hürriyət, millətlərə istiqlal!

Şabranda güclü YANĞIN: taxıl sahəsinə od vuruldu

849 10.07.2022 20:52 Hadisə A A

Şabran rayonu, Ağalıq kəndində əkin sahəsində yanğın olub.

Musavat.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Rayon ərazisində havanın küləkli olması səbəbindən yanğının sahəsi genişlənib. Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və Şabran Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

xxx

Şabran rayonunda meşə massivi yanır.

Axar.az xəbər verir ki, hadisə rayonun Ağalıq kəndində baş verib.

Belə ki, kənd sakinləri biçilmiş taxıl sahələrinə od vurublar. Daha sonra yanğının miqyası genişlənərək ətraf ərazilərə yayılıb.

Meşə massivinə düşən yanğın yaxınlığda olan kənd üçün bir sıra təhlükə yaratmaqdadır.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin və ətraf rayonların avtomobili və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR