İnsanlara hürriyət, millətlərə istiqlal!

Şabranda avtomobillər toqquşub, ölən və yaralanan var

613 22.09.2022 10:10 Hadisə A A


Şabran rayonunun Şahnəzərli kəndi ərazisində Quba rayon sakini R.Allahverdiyevin idarə etdiyi “Shacman” və Lerik rayon sakini Q.Musayevin idarə etdiyi “Nissan” markalı avtomobilləri toqquşub.

Bu barədə Musavat.com Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə sentyabrın 21-i saat 23 radələrində qeydə alınıb.

Qəza nəticəsində “Nissan” markalı avtomobildə olan sərnişin - Pirəmsən kənd sakini Rəşid Məmmədov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR