İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabir Rüstəmxanlıdan sensasion çağırış

1662 02.05.2023 12:25 Son xəbər A A

Milli Məclisin iclasında söz alan deputat Sabir Rüstəmxanlı sensasion bir məsələyə diqqət çəkdi. O, bildirdi ki, 14 may seçkiləri ilə əlaqədar artıq xaricdə yaşayan Türkiyə vətəndaşları iştirak edir və Azərbaycanda da mayın 9-adək səsvermə olacaq.

Deputat qeyd etdi ki, Azərbaycanda Türkiyədəki prezident seçkilərində HDP-ni (Halkların Demokratik Partisi) dəstəkləyənlər nəzarətdə saxlanmalıdır. S.Rüstəmxanlı bunu deyərkən ötən seçkilərdən bəhs etdi.

S.Rüstəmxanlı bildirdi ki, bundan əvvəl də Azərbaycanda yaşamış Türkiyə vətəndaşları HDP-ni dəstəkləyib. “Dəqiq xatırlamıram, amma bundan əvvəl ölkəmizdə yaşayan Türkiyə vətəndaşlarının üçdə biri HDP-ni dəstəkəlmişdi. Ona görə indi təklif edirəm ki, HDP-çiləri dəstəklələyən kəsimi bizim xüsusi mühafizə orqanları nəzarətdə saxlasın”.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR