İnsanlara hürriyət, millətlərə istiqlal!

Saakaşvili İlham Əliyevə təşəkkür etdi

3355 09.08.2023 00:06 Son xəbər A A

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Azərbaycan xalqına və Prezident İlham Əliyevə təşəkkür edib.

Musavat.com xəbər verir ki, bu barədə o, Facebook hesabında paylaşım edib.

Saakaşvili yazıb ki, 2008-ci il hadisələrində Azərbaycanın rolu yetərincə qiymətləndirilmir.

"Qardaş qonşu dövlət bizi yanacaq infrastrukturu və ölkəmizi xilas etmək üçün mühüm əhəmiyyət kəsb edən maliyyə ilə təmin etdi. Hərbi sahədə dəstəyindən isə yəqin ki, Azərbaycan özü danışmalıdır, amma bu çox vacib idi”, - deyə Saakaşvili bildirib.

O qeyd edib ki, Azərbaycanın dəstəyi onlar üçün çox önəmli olub.

Yada salaq ki, 2008-ci il avqustun 8-də Gürcüstan və Rusiyanın iştirakı ilə Cənubi Osetiya ətrafında müharibə başlayıb. Beş gün davam edən müharibə beşgünlük avqust müharibəsi adını alıb. Müharibə nəticəsində Gürcüstan Abxaziya və keçmiş Cənubi Osetiya MV-nin bir hissəsinə nəzarəti itirdi.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR