İnsanlara hürriyət, millətlərə istiqlal!

Saakaşvili: “Haaqa mənə tam bəraət verdi, Gürcüstan məhkəməsi isə mənə ölüm hökmü çıxarır”

739 18.12.2022 17:16 Gündəm A A

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili avqust müharibəsi işi üzrə Haaqa məhkəməsinin qərarına münasibət bildirib.

“Haaqa mənə tam bəraət verdi və Gürcüstan məhkəməsi mənə ölüm hökmü verə bilər”, deyə o, bildirib.

Musavat.com xəbər verir ki, bu barədə “apsny.ge” saytı məlumat yayıb.

Mixail Saakaşvili onu və Gürcüstanə satmayan və onun əleyhinə ifadə verməyən bütün hərbçilərə təşəkkür edib.

“Gürcülərə qarşı Haaqa istintaqı süni şəkildə 2015-ci ildə Gürcüstan Ədliyyə Nazirliyi tərəfindən başladılıb. 2012-ci ildə bütün prosedurları tamamladıqdan sonra işi yenidən açdılar. 2015-ci ildə bunu eşidəndə şoka düşdüm. Bundan sonra gürcü hərbçiləri əleyhimə ifadə verməyə məcbur etmək istədilər. Cavab olaraq, mən dünyanın bir qrup aparıcı hüquqşünasını bir araya gətirdim və 2020-ci ildə biz məhkəməyə alternativ hesabat təqdim etdik və sənəddəki arqumentlər sonda prokuror tərəfindən paylaşıldı.

Əslində, hakimiyyətin bütün nümayəndələri də Rusiyanın tapşırığını yerinə yetirmədilər. Özü Abxaziya qaçıqını olan Ədliyyə nazirliyinin müşaviri Qoça Lortkipanidze özünü çox vətənpərvər və fədakar apardı. Bir sözlə, Haaqa mənə tam bəraət verdi, lakin Gürcüstan məhkəməsi mənə ölüm hökmü verə bilər.

Haaqa məhkəməsinə gəlincə, general Mamuka Kuraşviliyə, Zaza Qoqavaya və böyük təzyiqlərə baxmayaraq, mənə qarşı ifadə verməyən bütün hərbçilərə sağ olun deyirəm. Sizin cəsarətiniz tarixə düşəcək”, - dey Saakaşvili Facebook səhifəsində yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR