İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar “Airbus”lara görə ödədikləri avansı geri qaytarmaq istəyir

470 19.12.2022 15:53 Region A A

Rusiyanın “Rostex” dövlət korporasiyası A350 təyyarələri üçün verdiyi 200 milyon dollar avansı geri almağa çalışır.

Musavat.com-un “Kommersant”a istinadən xəbərinə görə, bununla bağlı iddia dekabrın 13-də Moskva Arbitraj Məhkəməsinə verilib.

Xatırladaq ki, Ukraynadakı işğalçı savaşa görə Qərbin tətbiq etdiyi sanksiyalar ucbatından həmin təyyarələrin Rusiyaya tədarükü baş tutmayıb.

İddia “Rostex”in lizinq üzrə törəmə şirkəti olan “Avia Capital Service” tərəfindən qaldırılıb. Söhbət 2015-ci ildə tədarük müqaviləsi bağlanmış 17 ədəd “A350” sərnişin təyyarəsindən gedir. Gələcəkdə şirkət təyyarələri “Aeroflot”a icarəyə verməyi planlaşdırırmış. Ancaq heç bir təyyarə müştəriyə verilməyib.

Oxşar iddialar digər Rusiya daşıyıcıları və lizinq şirkətləri, o cümlədən “Airbus”dan 22 ədəd A350 təyyarəsi sifariş edən, lakin yalnız yeddisini ala bilmiş “Aeroflot” tərəfindən qaldırıla bilər.

Bununla belə, hüquqşünaslar pulun qaytarılması şansını sıfır kimi qiymətləndirirlər, çünki Avropa sanksiyaları Rusiya şirkətləri ilə hər hansı maliyyə əlaqəsini qadağan edir. Yeganə çıxış yolu Rusiya hüquqi şəxslərinin iddiasını xarici yurisdiksiya məhkəmələrində qeydiyyata almaqdan ibarətdir. Bununla belə, “A1” Vəkillər Kollegiyasının sədri Aleksandr Zablotskisin qeyd etdiyi kimi, borcluları Qərb məhkəmələrində məhkəməyə vermək indi çətin və perspektivsizdir. Rusiya məhkəməsində çıxarılan qərar isə Belarusdan başqa heç bir yerdə icra olunmayacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR