İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rusiyaya qarşı sanksiyaları daha da gücləndirmək lazımdır" - Böyük Britaniyanın xarici işlər naziri

384 27.03.2022 16:35 Gündəm A A

“Nə qədər ki atəşkəs əldə olunmayıb və Rusiya qoşunları Ukraynadan çıxmayıb , Böyük Britaniya sanksiyaları yüngülləşdirməyəcək”.

Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın xarici işlər naziri Liz Trass “Sunday Telegraph” qəzetinə verdyi müsahibədə bəyan edib.

O, Rusiyanın həmçinin yeni aqressiya aktına əl atmayacağına dair təminat verməli olduğunu sözlərinə əlavə edib.

Liz Trassın fikrincə, Qərb sülhə nail olmaq üçün daha sərt şəkildə hərəkət etməlidir.

“Rusiyanın hazırda danışıqlara ciddi yanaşdığını zənn etmirəm. Ona görə də sanksiyaları gücləndirmək lazımdır. Kreml bu müzakirələrdən sadəcə diqqət yayındırmaq və qoşunlarını yenidən qruplaşdırmaq üçün istifadə edir”,-deyə britaniyalı nazir qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR