İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya qarşı ilginc demarş - Sabah Gümrüdəki hərbi baza mühasirəyə alınacaq

1399 07.01.2023 08:55 Gündəm A A

Laçın-Xankəndi yolundakı etiraz aksiyası davam etdikcə Ermənistanda Rusiyaya qarşı isterika da artır. Çünki mənfur düşmən həmişəki kimi, günahı özündə yox, başqalarında, konkret halda Rusiyada və onun Qarabağdakı sülhməramlı kontingentində görür. Anti-Rusiya isteriyasının körükləyicisi isə əlbəttə ki, “sorosçu” Nikol Paşinyan hökumətidir.

Bu da növbəti dəlil. Sabah - yanvarın 8-də Ermənistanın “Milli Demokratik Qütb” adlı təşkilatı Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının önündə mitinq planlaşdırır. Aksiyanın Laçın yolunun açılması məqsədi ilə keçiriləcəyi deyilir. Aksiyaya çağırışın əsas şüarı isə “Blokadadan çıxmaq üçün blokada!”dır.

“Milli Demokratik Qütb” belə bir addımı Rusiyanı öz öhdəliklərini xatırlamağa vadar etmək üçün atdıqlarını açıqlayıb. Adı çəkilən qurum Rusiya əleyhinə kəskin mövqeyi ilə tanınır. Onun özəyini isə “Sasna Tsrer” terror təşkilatı təşkil edir. Bu qruplaşma Paşinyan hakimiyyətə gəldikdən sonra aktiv şəkildə Moskvaya qarşı təzyiq rıçaqı qismində istifadə olunur. Xüsusilə İrəvanın son iki ayda Rusiya əleyhinə ittihamları fonunda Paşinyanın onlara dəstəyi xeyli artıb.

Bəs Gümrü bazasındakı aksiya Ermənistan üçün hansı nəticələr doğura bilər? Moskvanın buna reaksiyası nə olacaq?

Azərbaycandan sərt reaksiya verildi, keçmiş səfir “beyni yuyulmuş, milli  kimliyini unutmuş” şəxs adlandırıldı

Oqtay Qasımov: “Kremlin Ermənistanı yerində oturtmaq üçün yetərli rıçaqları var”

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, hazırda Ermənistanla Rusiya arasındakı münasibətlər bizə təxmini məşhur “Mauqli” dizisindəki məlum personajın davranışlarını xatırladır: “Öz hamisinin arxasında gizlənən Ermənistan məhz həmin o məşhur cizgi filmindəki məlum personajın davranışlarını xatırladan davranışlarla yadda qalmaqdadır. Ermənistan, ümumiyyətlə, mental olaraq erməni xalqı hər zaman hansısa havadarının kölgəsində yaşayaraq onun vasitəsilə nəticələr əldə etmək istəyir. Biz bunu Qarabağ münaqişəsi başlayandan görməkdəyik. Ermənistan məhz Rusiyanın köməyi ilə Azərbaycan ərazilərini işğal etmiş və 30 ilə yaxın işğalda saxlaya bilmişdi. Sonra Rusiyanın irəli sürdüyü bəzi təkliflər Ermənistan tərəfindən qəbul olunmadı. Bu cür maksimalist yanaşma ikinci Qarabağ müharibəsinə gətirdi və bu müharibənin nəticələri məlumdur.

Ermənistan həmin savaşda aldığı ağır məğlubiyyətin günahını bu gün də Rusiyada görür. Ermənistan hesab edirdi ki, Rusiya onun əvəzindən Azərbaycanla döyüşməlidir. Rusiya isə bunu edə bilməzdi və etmədi. Müharibə bitdikdən sonra isə İrəvan üçtərəfli bəyanatın tələblərinin bir neçəsini yerinə yetirməyib. Rusiya buna görə Ermənistana ciddi təzyiq etmədi və bu da İrəvanı bir qədər ürəkləndirdi. İndi isə Rusiya ilə Ermənistan arasında ziddiyyətlər açıq müstəviyə keçməkdədir. Paşinyan və onun komandası anti-Rusiya mövqeli komandadır. Onların bu mövqeyi əvvəldən də bəlli idi. Sadəcə olaraq Paşinyan hakimiyyəti bunu əvvəlki dövrlərdə açıq anti-Rusiya mövqeyini ortaya qoymurdu. Son dövrlər isə açıq mövqe sərgiləyirlər. İndi isə Rusiya əleyhinə aksiya Paşinyanın da dəstəklədiyi qatı anti-Rusiya mövqeli terror təşkilatının əsasında yaradılan siyasi qüvvə tərəfindən təşkil olunur. Bu terror təşkilatı Paşinyan hakimiyyətə gəlməzdən bir neçə il öncə də İrəvanda Polis İdarəsini zəbt etmişdi. İndi də Gümrüdəki 102-ci Rusiya hərbi bazasının blokadaya almaq istəyirlər.

Hazırkı anti-Rusiya isterikası həm də Laçın yolu ilə bağlıdır. Laçın yolunda azərbaycanlıların keçirdiyi qanuni aksiya Ermənistan-Rusiya, Ermənistan-separatçı ermənilər qarşıdurmasını dərinləşdirib. Paşinyan hökuməti xeyli vaxtdır Qarabağ ermənilərinin məsuliyyətini sanki Rusiyanın üzərinə atmış kimi davranır. Bu gün də eyni tələbləri davam etdirir və hesab edir ki, rus sülhməramlılar Laçın yolunda keçirilən dinc aksiyanı dağıtmalıdır. Rusiya isə bilir ki, belə bir hüququ yoxdur.

İkincisi isə heç bir blokada yoxdur və humanitar yüklərin keçməsinə hər hansı problem yaradılmır. Ermənilər isə Rusiyanı Azərbaycanla üz-üzə qoymaq üçün bütün güclərini işə salıblar. Bunlardan biri də Gümrüdəki fəaliyyət göstərən Rusiya hərbi bazasının blokadaya alınmasıdır. Ermənilər əgər bu addımı atacaqlarsa, şübhəsiz, Moskva tərəfindən yaxşı qarşılanmayacaq. Artıq hətta Rusiya XİN-i ermənilərin Laçın yolu ilə bağlı heç də istəmədikləri açıqlamanı verib. Rusiyanın Ermənistana təzyiq etmək və yerində oturtmaq üçün əlində rıçaqları var. Bu rıçaqların işə salınması mümkündür. Hələliksə Moskva təmkinli davranmağa çalışır".

Azad MƏSİYEV - TEZADLAR

Azad Məsiyev: “Paşinyanın anti-Rusiya fəaliyyəti Zelenskinin müharibə öncəsi fəaliyyətinə bənzəyir”

Politoloq Azad Məsiyev bildirdi ki, Ermənistanda hakimiyyətdə olan zümrə ABŞ-ın, birbaşa Soros Fondunun dəstəyi ilə hakimiyyətə gəlib və bu günə qədər də onların dəstəyi ilə iqtidarda qalır: “Ermənistanın bütün dövlət qurumlarına ”Soros uşaqları" rəhbərlik edir. Onlar Birləşmiş Ştatlardan gələn təlimatlarla hərəkət edirlər. Paşinyan iqtidarının təmsilçilərinin və onlara bağlı olan müxtəlif QHT-lərin, mərkəzlərin Rusiyaya qarşı fəaliyyəti, artıq Rusiyanın Gümrüdəki hərbi bazasının belə, mühasirəyə alınması təşəbbüslərinin də sifarişi ABŞ-dan verilib.

ABŞ-la Rusiyanın maraqları çox ciddi şəkildə Ermənistanda toqquşmaqdadır. Vaşinqton Paşinyan üzərindən təkcə Ermənistanda deyil, bütün Cənubi Qafqazda nüfuzunu artırmağa çalışır. Ermənistan rəhbərliyinin və onlara bağlı dairələrin anti-Rusiya siyasəti təsadüfi deyil. ABŞ-ın təlimatına görə, Rusiyanın Ermənistanda nüfuzu zəifləməli, Ermənistan cəmiyyəti Rusiyaya qarşı qaldırılmalıdır. O cümlədən Gümrüdəki Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsinin də ciddi şəkildə qaldırılması gözlənilir. 8 yanvara təyin edilən blokada aksiyası da buna hazırlığın tərkib hissəsidir.

Nikol Paşinyanın anti-Rusiya fəaliyyəti Volodimir Zelenskinin müharibədən əvvəlki anti-Rusiya fəaliyyətinə bənzəyir. Belə bir fəaliyyətin Ukraynanı bu gün hansı vəziyyətə gətirib çıxardığı göz önündədir. Paşinyan və ətrafı belə davam etsə, Ermənistanın da aqibəti yaxşı olmayacaq. Ermənistanı, şəxsən Paşinyanı Rusiyanın qəzəbindən heç kim xilas edə bilməyəcək. Nəzərə almaq lazımdır ki, Ermənistan Ukraynadan qat-qat kiçik və zəif dövlətdir, həmçinin Ermənistana Rusiyanın təsir imkanları daha böyükdür. Ukrayna-Rusiya müharibəsindən öncə Zelenski vasitəsilə Rusiyaya qarşı həyata keçirilən ssenari indi Ermənistanda Nikol Paşinyan vasitəsilə həyata keçirilir. Bu fəaliyyət birbaşa ABŞ-ın maraqlarına uyğundur. Bu siyasətin Ermənistan üçün nələrə gətirib çıxaracağını zaman göstərəcək". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR