İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın silahı tükənir - ŞOK DETALLAR

1407 17.07.2024 16:06 Son xəbər A A

“Rusiya sovet dövründə toplanmış silahları yenidən işə salıb, lakin köhnə tankların 70%-ə qədəri “yerindən tərpənməyib”, qalanları “yuyulub”, yeni kimi buraxılıb”.

Musavat.com xəbər verir ki, bu barədə “The Economist” qəzeti məlumat yayıb.

“Rusiya ordusu köhnə texnikalardakı artilleriya lülələrini çıxararaq özüyeriyən haubitsalara quraşdırır. Bu davam edərsə, 2025-ci ildə Rusiya Federasiyası “kritik tükənmə nöqtəsinə” çatacaq.

Rusiyanın Xarkov üzərində may ayında başlayan hücumu, cəbhə xəttinin başqa yerlərində, xüsusən də Donbasda irəliləyişləri strateji baxımdan əhəmiyyətsiz olub və yalnız baha başa gəlib. İndi məsələ Ukraynanın mübarizəni davam etdirə bilməyəcəyindən çox, Rusiyanın indiki əməliyyat tempini nə qədər saxlaya biləcəyindən gedir.

Əsas məsələ insan resursları deyil. Rusiya cəbhə xəttində gücünü 470 000-də saxlamaq üçün hər ay təxminən 25 000-dən çox yeni əsgəri cəbhəyə göndərməlidir.

Əksər kəşfiyyat agentliklərinin hesablamalarına əsasən, Rusiya müharibənin ilk iki ilində 3000-ə yaxın tank və 5000 zirehli texnika itirib”, - məlumatda deyilir. 

Niderlandın “Oryx” saytı əlindəki video və foto materiallara istinadən Rusiya tanklarının itkilərinin sayının 3235 olduğunu, lakin real rəqəmin “əhəmiyyətli dərəcədə yüksək” olduğunu bildirir.

Stokholm Şərqi Avropa Araşdırmaları Mərkəzinin analitiki Aleksandr Qoltsun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin “Soyuq müharibə” zamanı toplanmış böyük silah ehtiyatlarına görə SSRİ-yə minnətdar olmalıdır.

Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu 2023-cü ilin dekabrında il ərzində 1530 tank tədarük edildiyi ilə öyünərkən, həmin texnikanın 85%-nin yeni deyil, köhnə tanklardan (əsasən T-72) ibarət olduğunu söyləməyi unudub. Ruslar cəbhəyə göndərmək üçün T-62-lər və hətta İkinci Dünya müharibəsindən sonraya aid bəzi T-55-lər tanklarını belə anbardan çıxarıblar.

Savaş başladıqdan sonra cəbhəyə sadəcə 175 ədəd müasir T-90M tankı göndərilib. Lakin CICI analitiki Maykl Gerstadın fikrincə, T-90M-lərin əksəriyyəti əslində köhnə T-90A-ların təkmilləşdirilmiş modelidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR