İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın hərbi təyyarəsi Tehran hava limanına şübhəli eniş edib

795 05.12.2022 14:00 Hadisə A A

Məlumatlı mənbələrin dekabrın 4-də bazar günü gecə verdiyi xəbərə görə, Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus Tupolev təyyarəsinin dekabrın 3-ü, şənbə günü səhər Tehranın Mehrabad hava limanına eniş edib.

Tupolev (TU-154M) təyyarəsinin (RFF7971 nömrəli) İranda xalq etirazlarını yatırmaq üçün avadanlıq daşıdığı və içərisində bir sıra rusiyalı hərbi məsləhətçilərin olduğu bildirilir. Sözügedən təyyarə gecə boşaldılıb və bazar günü, dekabrın 4-ü axşam saatlarında Tehrandan Moskvaya yola düşüb.

Etirazları dağıtmaq vasitələrinə motosikletlər, iğtişaşlara qarşı geyim və dəbilqələr, naqilsiz rabitə, qalxanlar, elektrik şokedici, "peyntbol" silahları, saçma güllələr və müxtəlif gözyaşardıcı qazlar daxildir.

Təyyarənin dayanması və boşaldılması zamanı hava limanının ərazisi tamamilə mühafizə altına alınıb və orada yalnız SEPAH qüvvələri və bir neçə yüksək rütbəli polis əməkdaşı olub.\\Milli.Az 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR