İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR

5390 19.05.2024 11:20 Dünya A A

Putinin andiçmə mərasimindən sonra hakim komandada sürpriz dəyişiklik etməsi hələ də ciddi müzakirə olunur. Söhbət baş nazirin birinci müavini iqtisadçı Andrey Belousovun müdafiə naziri təyin edilməsindən gedir.

Musavat.com xəbər verir ki, “Novaya qazeta” bu təyinatla bağlı senasion məqalə dərc edib. Araşdırma yazıda söhbət əslində Rusiyanın kilsədə təşkilatmış “dərin dövləti”ndən gedir. İddia olunur ki, bir çox məmurlar Serafim-Diveyevski monostrı ətrafında təşkilatlanaraq Rusiyanın elit-klubunu- “dərin dövlətini” yaradıblar, həm də bu proses ən azı 20 ildir var.

WhatsApp Image 2024-05-19 at 11.06.25.jpeg (148 KB)

“Müasir Rusiyada monastır damı altında elit klubun yaradılmasının ilk təcrübəsi 20 il əvvəl o vaxtkı prezidentin Mərkəzi Federal Dairəsi üzrə nümayəndəsi Georgi Poltavçenko və Rusiya Dəmir Yollarının rəhbəri Vladimir Yakuninin nəzarəti altında olan “Rusiya Afonit Cəmiyyəti” oldu. Tədricən Sankt-Peterburqun vitse-qubernatorları, Rotenberq qardaşları, İqor Seçin, Aleksandr Beqlov, Sergey Çemezov, Andrey Turçak və onların çevrəsindən olan digər məmur və oliqarxlar bu cəmiyyətə qoşuldular. Cəmiyyətin gündəlik işinə Putinin masaj terapevti Konstantin Qoloşçapov nəzarət edirdi” deyə, məqalədə bildirilir.
“Rusiyanın yeni müdafiə naziri Andrey Belousov da dindar pravoslav xristian və Serafim-Diveyevski monastırının qəyyumudur. Bildirilir ki, onun təyinatı monastırda birləşmiş məmur-oliqarxların “Diveyevo qardaşlığı”nın rolunu gündəmə gətirir.

WhatsApp Image 2024-05-19 at 11.06.25 (1).jpeg (223 KB)

İddiaya görə, hələ Belousov iqtisadiyyat nazirinin müavini olanda, yəni 2007-ci ildə onu monastra qardaşı Dmitri gətirib. “Bu gün də Andrey Belousov elit Serafim-Diveyevski monastırının qəyyumudur və müasir Rusiyada mistik güc mərkəzi rolunu iddia edə bilən qeyri-rəsmi “Diveyevski qardaşlığı” klubunun üzvüdür” deyə, məqalədə bildirilir. O da qeyd olunur ki, Patriarx Kirill tez bir zamanda bu təşkilatlanmanı özünün hakimiyyəti üçün təhlükəli hesab etdiyindən prosesi tezliklə şəxsi nəzarətinə götürdü və ən yaxın adamlarını sözegedən monsatr rəhbərliyinə yerləşdirdi.

WhatsApp Image 2024-05-19 at 11.06.25 (2).jpeg (317 KB)

Qeyd olunur ki, Kremldən bu təşkilatda təmsilçilik( həmsədrlik) Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkodur. Prezidentin Volqa Federal Dairəsindəki nümayəndəsi İqor Komarov, baş nazirin müavini Dmitri Çernışenko, təhsil naziri Sergey Kravtsov, mədəniyyət naziri Olqa Lyubimova, Senator Andrey Klişas, Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitin, Mordoviya rəhbəri Artem Zdunov, Rusiya Dəmir Yollarının rəhbəri Oleq Belozerov, “Rosatom”un baş direktorunun müavini Sergey Obozov, eləcə də iş adamları rəsmi olaraq Serafim-Diveyevski monostrının qəyyumları kimi tanınırlar, faktiki isə bu, məmur-oliqarxların mühüm qərarlara təsir edən təşkilatlanmış “qardaşlığıdır”. Başqa elit adlar da var ki, Andrey Belousov o dairəyə aiddir. Baş nazir Mixail Mişustin də çoxda həmin monastr qardaşlığana daxildir.

“Diveyevo qardaşlığı” mason lojası ilə müqayisə edilir, lakin bu, o qədər də uğurlu yanaşma deyil. Qeyri-rəsmi klubda xüsusi bir ezoterik təlim yoxdur” deyə, “Novaya qazeta” bildirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR