İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın “boz” ixracı neft bazarında qiymətləri çökdürdü  

2817 08.11.2023 16:55 İqtisadiyyat A A

Dünya bazarında neftin ucuzlaşması davam edir. Bakı vaxtı ilə saat 14.23-də Londonun ICE birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti iyulun 24-dən bəri ilk dəfə olaraq 81 dollar/bareldən aşağı düşüb: 80,91 dollara qədər azalıb.

Nyu-Yorkun NYMEX birjasında WTI markalı xam neftin yanvar ayında tədarük üçün fyuçersləri 76,63 dollar/barelə qədər ucuzlaşıb.
Qeyd edək ki, neft qiymətləri bu həddə iyul ayında olub.

Maraqlıdır ki, hazırda neftin belə ucuzlaşmasına gətirəcək fundamental amillər yox dərəcəsindədir. Yeganə amil kimi beynəlxalq analitiklər “boz” - qeydiyyatsız ixracın artmasını qeyd edirlər. “Bloomberg” analitiklərinin hesablamalarına əsasən sentyabrın ikinci yarısı-oktyabr ayı ərzində Rusiya ixracı kəskin artıraraq aprel-may aylarındakı səviyyəyə çatdırıb. Moskva üzərinə götürdüyü gündəlik ixracı 300 min barel azaltmaq öhdəliyinə cəmi 70 min barel olaraq əməl edib. İxracın mühüm hissəsi qeydiyyatsız həyata keçirilib. Rusiyanın ixracı kəskin artırması isə bazarda təklif bolluğu yaratmaqla qiymətlərin düşməsini şərtləndirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR