İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın bölgə ilə bağlı əsl MƏQSƏDİ üzə çıxdı

1502 12.09.2023 14:17 Region A A

“Bu gün biz Rusiya Qırmızı Xaç Cəmiyyəti vasitəsilə göndərilən humanitar yükün Ağdam-Xankəndi yolu ilə Qarabağ separatçılarına (orijinalda uydurma bir ad çəkilir - red.) necə çatdırıldığını müşahidə etdik”.

Musavat.com xəbər verir ki, bu sözlər erməni politoloq Sergey Melkonyanın “Ermənistan-NATO: yeni çağırışlar və ya imkanlar” mövzusunda İrəvanda keçirilən dəyirmi masa zamanı çıxışında yer alıb.

“Əslində bu hadisə çox mühüm göstəricidir. Elə bir vəziyyət yaranıb ki, Rusiya tərəfi bölgədə öz məqsədlərinə daha zəif tərəfdən güzəştlər qoparmaqla nail olmağa çalışır. Biz nədən danışırıq? Ağdam-Xankəndi yolunun paralel işləməsi ilə Laçın dəhlizinin bağlı vəziyyətdə saxlanması tabloda hesabı sabitləşdirir. Laçın dəhlizinin açılması ilə bağlı razılığa gəlmək mümkün olmadı, amma Rusiya özü keçməsə də, bu marşrutun gerçəkləşməsini uğurla gündəmə gətirdi”, - deyə Melkonyan qeyd edib.

Onun sözlərinə görə, burada söhbət Rusiyanın qısa və uzunmüddətli perspektivdə regiondakı mövqeyi və qavrayışından gedir.

“Zəif tərəfin hesabına qısamüddətli perspektivdə qazanılanlar Rusiyanın uzunmüddətli perspektivdə bölgədəki legitimliyini azaldır. Onlar burada problemi ad hoc (mövcud şərtlərə uyğun, yerində - red.) həll eməyə çalışdılar. Bununla rəsmi Moskva sadəcə regionda mövcudluğunun qorunub saxlanması üçün daha bir sütun inşa etmiş oldu”, - deyə erməni ekspert qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR