İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Avropada 207 milyard avroluq aktivi bloklanıb

435 03.07.2023 15:51 İqtisadiyyat A A

Rusiyanın Ukraynada "xüsusi əməliyyat" adlandırdığı qanli müharibə başlayandan bəri Avropa İttifaqı ölkələri RF-nin 207 milyard avroluq suveren aktivlərini bloklayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Haaqada keçirilən mətbuat konfransında Avropa komissarı Didye Reynders deyib.

“Avropa Komissiyası Rusiya Federasiyası Mərkəzi Bankının aktivləri də daxil olmaqla, Avropada dondurulmuş 207 milyard avro məbləğində Rusiya aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın bərpasının maliyyələşdirilməsi üçün istifadə imkanlarını müzakirə edir”, - o deyib.

Reynders qeyd edib ki, artıq mənfəət vergisinin tətbiqindən sonra Aİ ildə 3 milyard avroya qədər vəsait almağa hazırlaşır.

Reynders Avropa Komissiyasının yenidən sərmayə qoyuluşu, bloklanması və Rusiya Federasiyasının aktivlərinin ələ keçirilməsi imkanlarının axtarışı üzrə işinə nəzarət edir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR