İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanı OPEK+ razılaşmasından çıxarırlar?

1823 01.06.2022 00:00 İqtisadiyyat A A

Neft hasilatçısı ölkələrin təşkilatı olan OPEK-in bəzi üzvləri Rusiyanın OPEK+ razılaşmasında iştirakını dayandırmağın mümkünlüyünü nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, bu məlumatı The Wall Street Journal təşkilatdakı mənbələrinə istinadən yayıb.

Qəzetin yazdığına görə, məsələ Rusiyaya qarşı sanksiyalar, həmçinin Avropa İttifaqının bu ölkədən neft alışını böyük ölçüdə dayandırmaq qərarı fonunda gündəmə gəlib. OPEK-də bu addımlardan sonra Rusiyanın neft hasilatını artırmaq imkanlarının minimuma enəcəyinə dair rəyin yaranmasına səbəb olub.

Xatırladaq ki, OPEK+ razılaşması OPEK üzvü olan və olmayan 17 neft hasilatçısı ölkənin iştirakı ilə yaradılıb və koronavirus pandemiyasının təsiri ilə neftə tələbat azalan zaman hasilatın azaldılması yolu ilə qiymətlərin hamı üçün sərfəli həddə qalmasını təmin edib. Razılaşmanın müddəti 2022-ci ilin sonunda bitir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR