İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı turist qadın Kəmərdə öldürülüb, yoxsa özü ölüb? – müəmma

766 13.01.2024 11:53 Dünya A A

Türkiyənin Kəmər şəhərində dünyasını dəyişən rusiyalı turist Nadejda Yarıgina ilə bağlı yeni təfərrüatlar üzə çıxıb - onun telefonu yoxa çıxdığı gün qəsdən söndürülüb.

Musavat.com Rusiya mediasında istinadla xəbər verir ki, bu barədə eyni kurortda müntəzəm olaraq istirahət edən Yelena adlı qadın danışıb.

“Yanvarın 4-dən bəri bütün günlər onun telefonu söndürülüb. Lakin xilasedicilərin sözlərinə görə, mobil telefon tapılan kimi dərhal işə salınıb. Məlum olub ki, akkumulyator yarı dolu olub. Görünür, kimsə onu qəsdən söndürüb”, - Yelena deyib.

Onun sözlərinə görə, bir ay əvvəl Kəmərdə səs-küylü cinayət hadisəsi olub - dekabrın əvvəlində əri ilə birlikdə Çalış dağına gedən rusiyalı turistlərdən birinə bir kişi hücum edib. Cinayətkar zərərçəkmişlə söhbətə başlayıb, sonra onu kolların arasına itələyib, lakin qadın ona müqavimət göstərib. Həmin şəxs qaçmağa çalışsa da, sənədlərini yerə salıb, üç gün sonra o, Antalyada saxlanılıb. Hücum edənin əvvəllər bir neçə qətl törətməkdə təqsirli bilinən 64 yaşlı Türkiyə vətəndaşı Ömər Dəmirkurt olduğu üzə çıxıb.

Bir versiyaya görə, Yarıginanın ölümündə də belə bir yerli sakinin əli ola bilər, lakin bu, rəsmi olaraq təsdiqlənməyib. Axtarışda iştirak etmək üçün gələn qadının dostu Yevgeniya Şulakova, Yarıginanın tək gəzməyə getdiyini və yeni tanışlıqlar etmədiyini açıqladı.

Kirovdan olan 40 yaşlı Nadejda Yarıgina dekabrın 31-də Türkiyənin Kəmər şəhərinə gəlib və yanvarın 4-də yaxınları ilə əlaqə saxlayıb. Oteldən bildirilib ki, həmin gün qadın dağlara gəzintiyə çıxıb. Yanvarın 8-də Moskvaya uçmalı olan qadın təyin olunmuş vaxtda turistlərlə avtobusa gəlməyib və Rusiyaya qayıtmayıb. Yarıginanın otel otağına baxanda məlum oldu ki, onun telefonundan başqa bütün əşyaları hələ də oradadır. Yanvarın 11-də xilasedicilər Yarıginanın telefonunu Çalış dağında tapıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR