İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı oliqarxlar Putini “kənarlaşdırmağın” yollarını axtarır – ŞOK İDDİA

1547 24.03.2022 16:23 Gündəm A A

Ayrı-ayrı rus oliqarxları Rusiya prezidenti Vladimir Putinin fiziki olaraq “kənarlaşdırılması” imkanlarını müzakirə edirlər.

Alp.Az bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.

Bu yaxınlarda Rusiyanın iki nüfuzlu siması Aleksandr Maşkeviç və Pyotr Aven Moskvada görüşüblər və bu görüş zamanı məlum olub ki, rusiyalı oliqarxlar Putinin siyasətindən hədsiz qıcıqlanıblar.

Ukraynadakı müharibəyə görə Rusiyaya və konkret iş adamlarına qarşı tətbiq edilən sanksiyalar rusiyalı milyarderlərin sərvətinə ağır zərbə vurub.

Həmçinin bildirilib ki, Rusiyanın böyük biznesinin nümayəndələri hazırda Vladimir Putin və ya onun yaxın ətrafına güc blokundan təsir imkanları axtarırlar. Amma bu, Putinin ciddi təcriddə olması və praktiki olaraq heç kimi ona yaxın buraxmaması ilə çətinləşir. İlk növbədə, Putin “etibarsız” hesab etdiyi oliqarxlar üçün “əlçatmaz” olub.

Bununla belə, Ukrayna kəşfiyyatının məlumatına görə, iri rus biznesi artıq ən radikal addımlara hazırdır. Bəzi oliqarxlar hətta Putinin fiziki olaraq aradan qaldırılması üçün pul ödəməyi müzakirə edirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR