İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı oliqarxlar Paşinyana SIĞINIR – Putinə ZƏRBƏ?

750 24.07.2026 11:30 İqtisadiyyat A A

Rusiyalı milyarderlər də Ermənistan vasitəsilə xaricə vəsait köçürürlər. Bloomberg-in yaydığı məlumata görə, Rusiya elitasının üzvləri arasında dövlətin onların sərvətlərini müsadirə edə və ya əmanətlərini itirə biləcəyi ilə bağlı qorxu artırıb. Yüksək səviyyəli aktivlərin müsadirə edilməsi qorxusu var.

Paşinyan və Putin Rusiya ilə münasibətlərin dərinləşdirilməsini müzakirə  edib

Mənbələrə və sənədlərə görə, bank sektorunun vəziyyəti ilə bağlı narahatlıqlar fonunda bir neçə milyarder bu yaxınlarda Rusiyadan əlavə aktivləri çıxarıb. Mənbələrə görə, son bir ildə Rusiyanın ən varlı şəxslərinin bəzilərinin investisiya portfelləri kriptovalyutalara, qızıla, xarici daşınmaz əmlaka və özəl kapital fondlarına, xüsusən də Fars körfəzinə doğru sürətlə dəyişib.

Rusiyalı milyarderlərin xaricə kapital köçürmə üsulları həm Qərb sanksiyalarından, həm də Kremlin diqqətindən yayınmaq üçün yeni yollar axtardıqca inkişaf edib. Dubayın kriptovalyuta mərkəzi statusu Rusiya elitasına müxtəlif yurisdiksiyalar arasında pul köçürməyə kömək edib. Getdikcə populyarlaşan digər qeyri-rəsmi marşrutlar Ermənistan, Qazaxıstan və Qırğızıstanda açılıb. Rusiyanın sanksiyalardan yayınmasında Ermənistanın rol oynadığı dəfələrlə qeyd olunub. Lakin bu dəfə söhbət Putinin oliqarxlarının Ermənistan vasitəsilə xaricə vəsait köçürməsindən gedir.

Paşinyan hakimiyyətinin onlara bu şəraiti yaratmasına səbəb nədir? Bunu erməni baş nazirin Kreml liderinə xəyanəti saymaq olarmı?

Deputat Azər Badamov hesab edir ki, Ukrayna müharibəsinin uzanması Rusiya iqtisadiyyatına ciddi təzyiq göstərməkdə davam edir. Onun sözlərinə görə, neft və qaz ixracından əldə olunan gəlirlərin azalması, hərbi xərclərin sürətlə artması və dövlət büdcəsinə düşən yük Moskva üçün getdikcə daha ciddi problemə çevrilir:

“Bunun fonunda inflyasiyanın yüksəlməsi, qiymət artımı və bəzi sosial proqramların maliyyələşdirilməsində yaranan çətinliklər əhalinin sosial rifahına da mənfi təsir göstərir. Belə bir şəraitdə Rusiya biznes elitası arasında dövlətin gələcəkdə əlavə maliyyə resursları toplamaq üçün iri sərvətlərə, əmanətlərə və ya aktivlərə müdaxilə edə biləcəyi ilə bağlı narahatlıqlar artır. Məhz bu səbəbdən bir çox oliqarx öz kapitallarını mümkün risklərdən qorumaq məqsədilə xaricə çıxarmağa çalışır. Lakin Rusiyanın beynəlxalq sanksiyalar altında olması bu prosesi xeyli çətinləşdirir”.

Yeni model dövlət idarəçiliyində effektivliyi artıracaq" - Azər Badamov

Deputat bildirib ki, birbaşa maliyyə köçürmələri üzərində ciddi nəzarət olduğundan, alternativ marşrutlardan istifadə edilir: “Bu baxımdan Ermənistan, Qazaxıstan və Qırğızıstan Rusiya kapitalının üçüncü ölkələrə yönəldilməsi üçün mühüm tranzit platformalarına çevrilib. Rusiyanın Qərb sanksiyalarını müxtəlif mexanizmlərlə aşmasında Ermənistanın rolu indiyədək dəfələrlə müzakirə olunub. Lakin indi söhbət artıq yalnız ticarətdən deyil, həm də Rusiya oliqarxlarının maliyyə vəsaitlərinin Ermənistan üzərindən xarici bank sisteminə çıxarılmasından gedir. Bunu təsdiqləyən məqamlardan biri də Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin son illərdə rekord həddə çatmasıdır. Təxminən 13 milyard dollarlıq ticarət dövriyyəsi Ermənistan iqtisadiyyatının real həcmi ilə müqayisədə kifayət qədər yüksək göstəricidir. Bir çox ekspert bunu Rusiyanın sanksiyalardan yayınması üçün formalaşdırılmış maliyyə və ticarət mexanizmləri ilə əlaqələndirir”.

Azər Badamov hesab edir ki, Paşinyan hökumətinin bu prosesə mane olmamasının əsas səbəbi siyasi deyil, ilk növbədə iqtisadi maraqlardır: “Ermənistan bankları bu maliyyə əməliyyatlarından komissiya gəlirləri əldə edir, ölkənin maliyyə sektoruna əlavə vəsait daxil olur və bu da iqtisadi aktivliyi artırır. Başqa sözlə, Ermənistan öz bank və maliyyə sistemindən istifadə etməklə əlavə gəlir qazanır”.

Onun fikrincə, Paşinyan üçün hazırda əsas prioritet Ermənistanın iqtisadi maraqlarını qorumaq və ölkəyə mümkün qədər çox maliyyə resursu cəlb etməkdir: “Rusiya oliqarxlarının vəsaitlərinin Ermənistan üzərindən dövriyyəsi də bu baxımdan rəsmi İrəvan üçün əlavə gəlir mənbəyi hesab olunur. Məhz buna görə də Paşinyan hakimiyyətinin bu maliyyə axınının qarşısını almaqda maraqlı deyil. Bununla belə, bu prosesi Paşinyanın Kremlə qarşı açıq xəyanəti kimi qiymətləndirmək düzgün olmazdı. Ermənistan rəhbərliyi mövcud geosiyasi vəziyyətdən maksimum iqtisadi divident əldə etməyə çalışır. İrəvan bir tərəfdən Qərblə münasibətlərini inkişaf etdirir, digər tərəfdən isə Rusiya ilə iqtisadi əlaqələrin yaratdığı imkanlardan imtina etmir”.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR