İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı milyarderlərin sərvətində böyük artım – Sanksiyalar təsir etmir?

469 01.02.2023 13:05 İqtisadiyyat A A

Bu ilin əvvəlindən bəri Rusiya mənşəli varlıların sərvəti ümumilikdə 16,1 milyard dollar artıb.

Musavat.com “Bloomberg Billionaires Index”ə istinadən məlumat verir ki, sərvəti ən çox artan Azərbaycan əsilli iş adamı, “Lukoyl” şirkətinin yaradıcısı və əsas səhmdarı Vahid Ələkbərovdur. Onun sərvəti 1 ayda 2,5 milyard dollar artaraq 17,9 milyard dollara çatıb.

“Severstal”ın əsas səhmdarı Aleksey Mordaşov 1,54 milyard varlanaraq sərvətini 20,2 milyard dollara çatdırıb.

“Novatek”in rəhbəri Leonid Mixelson 1,12 milyard qazanc əldə edib, sərvətinin ümumi həcmi 12,7 milyard dollar olub.

2023-cü ilin ilk ayında sərvəti azalan Rusiya milyarderləri də var. Məsələn, “Yevroxim”in keçmiş benefisiarı Andrey Melniçenkon 443 milyon dollar itirib, varidatı 12,7 milyard dollara düşüb. Sanksiya siyahısına salınandan sonra o, “Yevroxim”in direktorlar şurası və benefisiarları sırasından çıxıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR