İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı milyarderə 1 milyard dollar “atıblar”: İş məhkəmədədir

1504 13.01.2024 00:25 Dünya A A

Nyu-York məhkəməsində “Uralkali”nin keçmiş sahibi, Rusiyanın ən varlı adamlarından biri hesab edilən Dmitri Rıbolovlevin iddiasına baxılır.

O, iddia edir ki, fırıldaqçı sənət alverçisi rəsmləri şişirdilmiş qiymətə sataraq ondan bir milyard dollar artıq pul alıb.

Sözügedən rəsmlərdən biri Leonardo da Vinçinin dünyanın ən bahalı tablosu adlandırılan məşhur “Dünyanın xilaskarı” əsəridir. 20 il əvvəl o, hərracda 1175 dollara alınmışdı, sonra 127,5 milyon dollara Rıbolovlevin mülkiyyətinə keçdi və nəhayət, demək olar ki, yarım milyard dollara satıldı. Bundan sonra rəsm əsəri yoxa çıxıb.

Rıbolovlev sənət kolleksiyasına iki milyard dollar xərcləyib.

Onun məhkəməyə verdiyi məşhur Sotheby's hərrac evidir. O, iddia edir ki, Sotheby's nümayəndələri fırıldaqçı sənət dileri İv Buvyeyə ona satılan sənət əsərlərinin qiymətini şişirtməkdə kömək ediblər. Onun fikrincə, bu yolla ondan qanunsuz olaraq milyard dollara yaxın pul alıblar. Bu, onun ödədiyi məbləğin az qala yarısıdır.

Forbes jurnalına görə, Rybolovlev Rusiyanın ən zəngin iyirmi adamından biridir. Bloomberg onun sərvətini 11,6 milyard dollar qiymətləndirir. Bu pulun böyük hissəsini ona 1990-cı illərin əvvəllərində sahibi olduğu ən böyük kalium gübrələri istehsalçılarından biri olan “Uralkali” gətirib.
Təxminən on il əvvəl Rıbolovlev “Monako” futbol klubunu və Yunanıstanın Skorpios adasını alıb. Lakin hər iki alış onun sənət kolleksiyasına qoyduğu məbləğlə müqayisədə çox kiçik görünür. Məşhur ustaların rəsmləri və heykəlləri ona təxminən iki milyard dollara başa gəlib.

Rıbolovlevin yaxşı dost hesab etdiyi isveçrəli sənət dileri İv Buvye şedevrləri almağa kömək edib. Buvye son dərəcə varlı insanlar üçün nəzərdə tutulmuş qiymətli əşyaların məşhur anbarı olan Cenevrə Freeportunun – azad limanın əsas investorudur. Azad limana daxil olan hər şey tranzit yük hesab olunur və buna görə də vergi və rüsumlara məruz qalmır. Buvyenin təşəbbüsü ilə Lüksemburq və Sinqapurda da oxşar zonalar yaradılıb.

Rıbolovlev hesab edir ki, Buvye məsləhətçi kimi fəaliyyət göstərib və rəsmlərin qiymətini şişirtməyə haqqı olmayıb. “Dünyanın xilaskarı” əməliyyatında diler yalnız məhdud bir komissiya haqqını almalı olduğu halda, 40 milyon dolları cibinə qoyub.

Buvye isə bildirir ki, Rıbolovlev onların münasibətlərini yanlış təsvir edir. Onun fikrincə, o, rəsm əsərlərini sənət alverçisi kimi satırdı və buna görə də istənilən qiyməti təyin edə bilərdi. Yeganə sual, alıcının onu ödəyə bilib-bilməyəcəyidir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR