İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı iqtisadçı-nazirdən qırğızlara maraqlı təklif - "Keçəlliyə qarşı dərman bilir"

1023 20.06.2023 12:17 İqtisadiyyat A A

Qırğız somunun yeni dünya hesablaşma valyutasına çevrilməsi təklif edilib.

Musavat.com Qırğızıstan mediasına istinadla xəbər verir ki, bu təklifi Sankt-Peterburq İqtisadi Forumunda iqtisadçı ekspert, Avrasiya İqtisadi Komissiyasının inteqrasiya və makroiqtisadiyyat naziri Sergey Qlazyev səsləndirib.

Qlazyevin sözlərinə görə, Qırğızıstan ərazisində çoxlu qızıl yataqları var, sadəcə olaraq qiymətli metalların çıxarılması və satışı perspektivli biznes sahəsi deyil, əvəzində Qırğızıstan qızıl valyuta buraxa bilər.

Onun sözlərinə görə, plana əsasən, bu məsələ BRİKS ölkələrinin liderlərinin növbəti görüşündə müzakirə olunacaq.

Onu da qeyd edək ki, əslində qızıl ehtiyatları, üstəlik, almaz və digər qiymətli metalların yataqları Qırğızıstanla müqayisədə Rusiyada on qat çoxdur. 

Yəqin ki, "keçəl dərman bilsə, öz başına yaxar" məsəli qırğız qardaşlar da var.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR