İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada yumurta istehsalı azalmaqda davam edir

537 22.05.2024 01:17 Dünya A A

Bu ilin dörd ayında Rusiyada 12 trilyon 439 milyard ədəd yumurta istehsal olunub.

Musavat.com Rosstata əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz azdır.

Apreldə istehsal martla müqayisədə 3,1 faiz azalaraq 3,095 milyard ədəd təşkil edib.

Yumurta istehsalı ilə yanaşı, Rusiyada quşların sayında da azalma qeydə alınıb. Aprelin sonunda kənd təsərrüfatı təşkilatlarında quşların sayı 465,3 milyon baş təşkil edib ki, bu da bir il əvvəlkindən 1,2 faiz azdır.

Qeyd edək ki, ötən ilin payızından yumurta və quş əti çatışmazlığı ilə üzləşən Rusiyada hər iki məhsul 60 faizdən çox bahalaşıb. Rusiya hökuməti bahalaşmanın qarşısını almaq üçün yumurta və quş ətinin idxalını gömrük rüsumlarından azad edib. Dekabr ayından bəri Azərbaycan da daxil olmaqla, tərəfdaş ölkələrdən Rusiyay 1 milyarda yaxın yumurta idxal olunsa da, yerli istehsalın azalması fonunda qiymətlərdə ciddi azalmaya nail olunmayıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR