İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada yanacaq böhranı logistikaya zərbə vurur: marşrutlar pozulur, xərclər artır

691 29.06.2026 18:22 Dünya A A

Rusiyada fəaliyyət göstərən yük daşıyıcıları yanacaq çatışmazlığı səbəbindən fasilələr olduğunu bildiriblər.

Musavat.com xarici mediaya istinanadla xəbər verir ki, bəzi bölgələrdə yanacaqdoldurma məntəqələri məhdudlaşdırılıb və müəyyən marşrutlarda yük maşınlarının gündəlik yürüşü əhəmiyyətli dərəcədə azalıb.

“VIG Trans” şirkətinin təsisçisi İqor Rebelski mediaya bildirib ki, bəzi bölgələrdə, xüsusən də Sibirdə, Rusiyanın cənubunda və bir neçə sərhəd bölgəsində yanacaq təchizatındakı fasilələr marşrut planlaşdırmasını çətinləşdirir.

“Optimalog” logistika şirkətinin rəhbəri Georgi Vlastopulonun sözlərinə görə, sürücülər bir neçə gün yanacaqdoldurma məntəqələrində növbədə gözləmək məcburiyyətində qalırlar. Məsələn, Çinə gedən marşrutlarda yük maşınlarının orta gündəlik yürüşü 600-700 kilometrdən 500 kilometrə düşüb.

Eyni zamanda, yanacaq şirkətləri daşıyıcılar üçün bonus proqramlarını azaltmağa və ya hətta ləğv etməyə başlayıblar. “Byte Transit” şirkətinin baş direktoru Aleksey Şpikel bildirib ki, əvvəllər yanacaqdoldurma məntəqələrində endirimlər 16%-ə çatırdısa, indi 3,5%-ə endirilib.

PEK şirkətinin direktor müavini Vadim Filatov əlavə edib ki, fərdi şəxslər kimi qeydiyyatdan keçmiş kiçik daşıyıcılara 60 litrdən çox olmayan yanacaq satılır. Bu səbəbdən yük maşınları bir neçə dəfə yanacaq doldurmaq məcburiyyətində qalırlar.

Filatov qeyd edib ki, nəticədə daşıyıcılar daha yüksək xərclərlə, nəqliyyat vasitələrinin yürüşü ilə və yanacaqdoldurma məntəqələrində növbə gözləmə müddətinin artması ilə üzləşirlər.

Mövcud vəziyyətlə əlaqədar olaraq, nəqliyyat şirkətləri artıq yükdaşıma tariflərini artırmağa başlayıblar və artımlar 10%-ə çatıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR