İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada xarici bankların 1 milyarda yaxın aktivinə həbs qoyuldu

495 19.05.2024 17:55 Dünya A A

Sankt-Peterburqda məhkəmə 3 Qərb bankının - “UniCredit”, “Deutsche Bank” və “Commerzbank”ın 700 milyon avrodan çox məbləğdə aktivlərinə həbs qoyub.

Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Qəzet qeyd edir ki, qərar Ukraynada işğalçı müharibə başlayandan bəri ölkəni tərk etmək istəyən xarici biznesə qarşı atılan ən ciddi addımdır. Rusiya hakimiyyəti bankların aktivlərinə həbs qoymaqla onların ölkədəki biznesi satmalarına mane olmağa çalışır.

Qeyd edilir ki, qərar “Qazprom”un törəmə şirkəti olan “RusChemAlliance”in iddiası əsasında verilib. Nəşr bildirib ki, Rusiya məhkəməsi bankın Rusiyadakı əsas törəmə qurumunun son maliyyə hesabatına əsasən, “UniCredit”in 463 milyon avro dəyərində, bu ölkədəki aktivlərinin təxminən 4,5 faizinə bərabər olan aktivlərinə həbs qoyub.

Məhkəmənin mayın 16-da çıxardığı qərara əsasən, dondurulmuş aktivlər arasında “UniCredit”in Rusiyadakı törəmə şirkətlərinin səhmləri, habelə onun sahib olduğu səhmlər və fondlar var. Həmçinin həmin gün məhkəmə “Deutsche Bank”ın 238,6 milyon avro məbləğində aktivlərinə, o cümlədən əmlak və Rusiyadakı hesablarında olan vəsaitlərə həbs qoyub:

“Məhkəmə həmçinin qərar verdi ki, bank Rusiyadakı biznesini sata bilməz, bunun üçün artıq Vladimir Putinin razılığı lazımdır. Məhkəmə “RusChemAlliance” ilə razılaşdı ki, bu tədbirlər zəruridir, çünki bank Rusiyadakı mülkiyyətinin özgəninkiləşdirilməsinə yönəlmiş tədbirlər görür”.

Bundan əlavə, məhkəmə “Commerzbank”ın aktivlərinə həbs qoyulması barədə qərar qəbul edib, lakin qərarın təfərrüatları hələ ki, məlum deyil, ona görə də həbs altına alınan məbləğ məlum deyil. “RusChemAlliance” məhkəmədən kreditorun 94,9 milyon avroya qədər aktivlərinin dondurulmasını istəmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR