İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada terror aktı törətmək istəyən İŞİD üzvləri saxlanılıb

488 24.10.2022 11:04 Kriminal A A

Rusiyanın Pyatiqorsk şəhərində İŞİD terror qruplaşmasının terror aktı cəhdinin qarşısı alınıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

Xəbərə görə, polis idarəsi yaxınlığında terror aktı törətmək istəyən İŞİD üzvləri saxlanılıblar.

Məlumatada bildirilir ki, artıq saxlanılanlar əməllərini etiraf ediblər.

Bundan başqa, terrorçu qruplaşmanın üzvlərinin yaşayış evlərində axtarış aparılarkən əldəqayırma partlayıcı qurğunun hazırlanması üçün əldə etdikləri komponentlər və zədələyici elementlər, montaj sxemləri, qadağan olunmuş təşkilatın rəmzləri, məxfi əlaqə vasitələri aşkar edilərək götürülüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR