İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada Stalinin şəxsiyyətinə pərəstiş yenidən xortlayıb

4237 26.05.2024 13:57 Dünya A A

İrkutsk vilayətində bir dağın yamacında “Stalin” yazısı peyda olub. Onu yerli kommunistlər quraşdırıblar və bunun üçün 250 min rubldan çox pul xərcləyiblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Yazı Ust-Udinski rayonundakı Kitkay dağının yamacında quraşdırılıb. Bunun bağlı Rusiya Federasiyası Kommunist Partiyasından İrkutsk vilayətinin Qanunvericilik Məclisinin deputatı Anatoli Obuxov şəvqlə məlumat yayıb.

Siyasətçinin sözlərinə görə, yazı Stalinin Sibirə ilk sürgününün şərəfinə qoyulub. Belə bir art-obyektin qurulması beş yerli sakin tərəfindən həyata keçirilib.

Obuxov həmçinin "Stalin" hərflərinin quraşdırılmasının 258 min rubla başa gəldiyini əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR