İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada PCR testindən keçməyən deputatlar Dumaya buraxılmayacaq- QƏRAR

502 10.01.2024 23:48 Dünya A A

Rusiyada deputatlardan yaz sessiyası başlamazdan əvvəl COVİD-ə qarşı PCR testləri vermələri tələb olunub.

Musavat.com xəbər verir ki, deputatlar yaz sessiyasına COVID-19 üçün PCR testindən keçməklə başlayacaqlar. Dövlət Dumasının yaz sessiyasında ilk plenar iclasının yanvarın 16-da keçirilməsi planlaşdırılır.

Koronavirus pandemiyası zamanı Dövlət Duması vətəndaşların gediş-gəlişini məhdudlaşdırdı, deputatlar plenar iclaslardan əvvəl PCR testindən keçməli oldular. Sonra, yoluxma sayı azaldıqca, Dumada PCR testlərinin aparılması dayandırıldı.

Deputatlar ötən ilin noyabrında plenar iclaslardan əvvəl yenidən koronavirus testlərinə başlayıblar. RİA Novosti xəbər verir ki, altı deputatda koronavirus aşkarlanıb.

2022-ci ilin iyul ayında Rusiyada bütün koronavirus məhdudiyyətləri, o cümlədən maska ​​rejimi ləğv edilib.

 

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR