İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada İnternet çökdü – Əksər xidmətlərə, portallara giriş mümkün deyil

1640 30.01.2024 21:23 Dünya A A

Bu saatlarda Rusiyanın əksər iri maliyyə, bank, mobil rabitə, media şirkətlərinin internet resurslarına girişdə problem yaşanır.

Musavat.com Telegram kanallarına istinadən xəbərə verir ki, problemlə üzləşənlər arasında Yandex, Megafon, MTS, Rostelecom, Avito, Wildberries və digər xidmətləri təqdim edən şirkətlərin istifadəçiəri var.

Bundan əlavə, bəzi bankların tətbiqləri işləmir (Sberbank, VTB, Alfa-Bank və s.), TASS, İnterfax, Lenta və digər iri portallara giriş də mümkünsüz hala gəlib.

Hələlik belə kütləvi problemə nəyin səbəb olduğu açıqlanmayıb. 

Rusiya Rəqəmsal İnkişaf Nazirliyi "ru" domen zonasına girişin tezliklə bərpa olunacağını açıqlasa da, problemin səbəbini qeyd etməyib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR