İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada dəhşət: Azərbaycanlı bacılar göldə batdılar, biri həyatını itirdi

892 25.07.2023 18:46 Hadisə A A

Rusiyada 15 yaşlı azərbaycanlı qız göldə boğulub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Krasnoyarsk şəhərində qeydə alınıb.

Əslən Ağsu rayonundan olan 15 yaşlı Əsmər Asif qızı Mehrəliyeva iki bacısı ilə birgə yaşadıqları evin yaxınlığında yerləşən göldə çimərkən batıblar.

Hadisə zamanı qızların anası da orada olub. Ana iki qızının həyatını xilas edə bilsə də, 15 yaşlı Əsmər boğularaq ölüb.

Yeniyetmənin meyiti bu gün Ağsu rayonuna gətirilərək dəfn ediləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR