İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada daha bir partlayış - Bu dəfə zavoda hücum oldu

1458 04.05.2023 13:24 Hadisə A A

Rusiya ilə sərhəd bölgəsində neft məhsulları zavodunda pilotsuz təyyarə partlayıb.

Rostov vilayətində yerləşən Novoşaxtinsk neft məhsulları zavodunda pilotsuz təyyarə sexlərarası estakadanın konstruksiyasına çırpılaraq partlayıb. Bu barədə "Telegram" kanalında Rusiyanın sərhəd bölgəsinin rəhbəri Vasili Qolubev məlumat verib.

Hadisə Krasnosulinski rayonunun Kiselevka kəndi yaxınlığında baş verib. Qubernatorun sözlərinə görə, partlayış nəticəsində baş vermiş yanğın dərhal müəssisənin əməkdaşları tərəfindən söndürülüb.

Qolubev əlavə edib ki, ölən və xəsarət alan yoxdur, sadəcə tikililərə cüzi ziyan dəyib.

Qeyd edək ki, bundan bir müddət öncə Krasnodar diyarının qubernatoru Veniamin Kondratiyev İlski neft emalı zavodunda neft məhsulları olan çənlərin yandığını bildirib./Publika.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR