İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada 10 günə REKORD qəza

763 10.01.2023 15:25 Region A A

2023-cü ilin əvvəlindən Rusiyada hava nəqliyyatında ən azı 7 qəza baş verib.

Musavat.com xəbər verir ki, bu barədə “The Moscow Times” qəzeti yazıb.

Verilən informasiyaya görə, yanvarın 5-də “Utair” şirkətinin Tümendən Novıy Urenqoya uçan təyyarəsi kondisionerin nasazlığı səbəbindən məcburi eniş edib.

Yanvarın 6-da göyərtəsində 236 sərnişinin olduğu, Novosibirskdən Taylanda uçan “Azur Air” şirkətinin təyyarəsi ön şüşənin zədələnməsi səbəbindən hava limanına qayıdıb. “Red Wings” şirkətinin təyyarəsi isə eniş şassisi nasazlığı səbəbindən Kazan hava limanına qayıdıb.

Yanvarın 8-də “Pobeda” şirkətinin təyyarəsi Permdə uçuş-enmə zolağından sürüşərək Moskvaya uça bilməyib.

Yanvarın 9-da Bratskdan Moskvaya uçan “S7” Hava Yollarına məxsus “Airbus A320neo” təyyarəsi tualet sistemindəki nasazlıq səbəbindən Kazana enməyə məcbur olub. Nenets Muxtar Dairəsində “An-2” təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Yakutskdan Maqadana uçan “İrAero” şirkətinin “An-26” təyyarəsi yük bölməsində təzyiqin azalması səbəbindən uçuş yerinə qayıdıb. Baqajın bir hissəsi isə yoxa çıxıb.

Nəqliyyat prokurorluğunun məlumatına görə, bu gün Norilskdə sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb. Təyyarədə 115 sərnişin və 6 ekipaj üzvü olub. Sərnişinlər hava limanının binasına təxliyə edilib.

Qeyd edək ki, bundan əvvəl “Novıe İzvestiya” 2022-ci ildə Rusiyada hərbi və mülki aviasiya ilə bağlı 130-dan çox qəzanın baş verdiyini hesablamışdı.

Ekspertlərin fikrincə, qəzaların əsas səbəbi Rusiyaya tətbiq olunan sanksiyalara görə rus şirkətlərinə məxsus hava gəmilərinin Qərbdən texniki dəstək ala bilməməsidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR