İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN Ermənistanı HƏDƏLƏDİ

1685 28.09.2023 18:49 Region A A

Ermənistanın Roma Statutunu ratifikasiya etməsi ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlikdən qeyd edilib ki, İrəvanın Roma Statutunu ratifikasiya etməsindən sonra Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfərini təsəvvür etmək çətin olacaq.

Xatırladaq ki, Ermənistan parlamentinin Dövlət hüququ üzrə daimi komissiyası sentyabrın 28-də Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib.

Ermənistan parlamenti Roma statutunu təsdiqləyəcəyi təqdirdə, V.Putin Ermənistana gedərsə həbs olunmalıdır.

Kremlin sözçüsü Dmitri Peskov Ermənistan parlamentinin qərarını düşmənçilik kimi qiymətləndirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR