İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib, ölən və yaralananlar var

539 28.03.2024 01:08 Dünya A A

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərindəki yaşayış ərazisinə atəşə tutması nəticəsində bir nəfər ölüb, 19 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Zelenski feysbukda bildirib.

Hazırda bir nəfərin öldüyü, 19 nəfərin yaralandığını vurğulayan Prezident Zelenski xəsarət alanlar arasında iki azyaşlının olduğunu açıqlayıb:

“Aralarında uşaqların da olduğu azı 19 nəfər xəsarət alıb: 2022-ci il təvəllüdlü qız, 2023-cü il təvəllüdlü oğlan. Bütün zərərçəkənlərə lazımi yardım göstərilir”.

Yerli polisin məlumatına görə, Xarkova hava bombası ilə zərbə endirilib ki, bu da 2022-ci ildən ilkdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR