İnsanlara hürriyət, millətlərə istiqlal!

QƏRAR VERİLDİ: Bakıda 2,3,4 mərtəbəli binalar sökülür

973 26.07.2024 21:32 Ölkə A A

Hər il tədris müəssisələrinin bağlandığı, semestr imtahanlarının bitdiyi ərəfədə Bakıda kirayə qalan bir çox tələbə paytaxtı tərk edir. 

Bəs bu hal Bakıda kirayə mənzil bazarına necə təsir edir? Yay fəslində kirayə bazarında ucuzlaşma müşahidə olunurmu? 

Məsələ ilə bağlı Yenisabah.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev danışıb.

O qeyd edib ki, tələbələrin bölgələrə geri dönməsi artıq əvvəlki kimi qiymətlərdə ucuzlaşma yaratmır: 

“Əvvəlki illərdə tələbələr artıq iyul ayından bölgələrə geri dönürdülər. Bu zaman da kirayə mənzil bazarında ciddi bir boşluq yaranırdı. Lakin hal-hazırda vəziyyət əvvəlki illərdən daha çətindir. Çünki tələbələr bölgələrə geri dönsələr də, ali təhsil müəssisəsinə qəbul olan yeni tələbələrin nəticəsi daha tez bilindiyi üçün onlar artıq əvvəlcədən ev kirayə götürürlər”. 

Ekspert qeyd edib ki, növbəti illərdə kirayə bazarında vəziyyət daha da qəlizləşəcək və qiymətlər artacaq: 

“Digər tərəfdən, artıq 2016-cı ildən Bakı şəhərində söküntü işləri gedir. Yol layihələri üzərində köhnə çoxmənzilli binalar sökülür, onların yerində yeni tikili binalar ucaldılır. Bu zaman sökülən bütün binalardakı kirayəlik mənzillər artıq kirayə bazarından çıxır və bina sakinləri özləri məcburən 2-3 il kirayə çıxmalı olurlar. Hər sökülən köhnə çoxmənzilli binaların yerində yeni tikili binalar tikiləndə nə baş verir? Artıq həmin binaların yerində tikilən yeni binalardakı kirayə mənzillərin qiyməti köhnə binalardan təxminən 2 dəfə baha qiymətə olur. Bu baxımdan düşünürəm ki, yaxın gələcəkdə söküntü prosesi sürətləndikcə artıq paytaxt ərazisində ucuz kirayə mənzillər əlçatan olmayacaq. 2040-cı ilə qədər paytaxtın baş planı hazır olacağına görə, o vaxta qədər Bakıdakı köhnə 2, 3, 4 mərtəbəli binaların böyük əksəriyyəti söküləcək. Elə ucuz mənzillər də daha çox həmin binalarda olurdu.  Bu da artıq 2040-cı ilə qədər ucuz kirayə mənzillərin olmayacağından xəbər verir. Tələbələrin əksəriyyəti də avqustun sonundan Bakıya geri qayıdırlar. Avqustun sonu-sentyabrın əvvələrində təkcə tələbələr deyil, həm də iş üçün gələn insanların sayının artması da kirayə bazarında qiymətləri artıracaq”. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR