İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və Ukrayna qarşılıqlı ərazi mübadiləsini müzakirə edirlər – Tramp

695 26.11.2025 08:21 Siyasət A A

ABŞ prezidenti Donald Tramp Rusiya və Ukraynanın qarşılıqlı torpaq mübadiləsini müzakirə etdiyini bildirib.

Musavat.com xəbər verir ki, o, bunu Floridaya gedərkən təyyarəsində jurnalistlərə deyib: "Onlar qarşılıqlı torpaq mübadiləsini müzakirə edir və ərazini demarkasiya etməyə çalışırlar".

Tramp sərhədin "evin ortasından və ya magistral yolun ortasından" çəkilməsinin mümkün olmadığını bildirib: "Bu, mürəkkəb bir prosesdir və tez getmir".

ABŞ prezidenti sülh sazişinə çatmaq üçün Ukraynanın müəyyən ərazilərdən imtina etməli olduğunu, əks halda bir neçə ay ərzində onları onsuz da itirəcəyini bildirib: “Baxın, hər şey bir istiqamətdə irəliləyir. Nəticədə, bu ərazilər növbəti bir neçə ay ərzində yenə də Rusiyanın əlinə keçə bilər. Beləliklə, ya döyüşüb daha 50.000-60.000 insan itirmək, ya da indi nəsə etmək istəyirsiniz. Baxın, bu müharibə illərlə davam edə bilər və Rusiyanın daha çox insanı və əsgəri var. Ona görə də düşünürəm ki, Ukrayna razılığa gələ bilsə, bu, yaxşı olar. Düşünürəm ki, bu, hər iki tərəf üçün əladır”.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR