Rusiya və Ukrayna cəbhədə həlak olan əsgərlərin cəsədlərinin mübadiləsinin yeni mərhələsini həyata keçirirlər.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı və xüsusi hərbi əməliyyatlar üzrə parlament koordinasiya qrupunun nümayəndəsi Şamsail Saraliyev RBK-ya açıqlama verib.
Razılaşmaya əsasən, bu mərhələdə Rusiya tərəfi 522, Ukrayna tərəfi isə 33 hərbçinin cəsədini təhvil verəcək.
Qeyd edək ki, tərəflər arasında bundan əvvəlki analoji mübadilə mayın 15-də baş tutub və həmin vaxt Ukrayna tərəfi 528, Rusiya tərəfi isə 41 cəsəd qəbul edib.
Musavat.com






