İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və Çin Ayda AES yerləşdirməyi planlaşdırır

377 06.03.2024 12:18 Dünya A A

“Rusiya və Çin 2033-2035-ci illərdə Aya atom elektrik stansiyasının çatdırılması və onun səthində quraşdırılması imkanlarını nəzərdən keçirir.

Musavat.com TASS-a istinadla xəbər verir ki, bunu “Roskosmos”un rəhbəri Yuri Borisov deyib.

"Bu gün biz çinli həmkarlarımızla birlikdə 2033-2035-ci illərin sonunda Ay səthinə elektrik stansiyasının çatdırılması və quraşdırılması layihəsini ciddi şəkildə nəzərdən keçiririk", - Borisov Siriusda dünya gənclər festivalı zamanı deyib.

Onun sözlərinə görə, bu cür missiyanı robotik vasitələrdən istifadə etməklə avtomatik yerinə yetirmək lazım gələcək - bunun üçün lazım olan texnoloji həllər demək olar ki, hazırdır.

2021-ci ilin martında “Roskosmos” və Çin beynəlxalq elmi Ay stansiyasının yaradılması sahəsində anlaşma və əməkdaşlıq memorandumu imzalayıblar.

Ay proqramının icrası zamanı Yerin təbii peykinə “Çanqe-6”, “Çanqe-7” və “Çanqe-8” avtomatik stansiyaları göndəriləcək.

İlk Ay missiyalarının məqsədi əsas texnologiyaların sınaqdan keçirilməsi olacaq ki, bu da uzaqdan idarə oluna bilən eksperimental tədqiqat obyektləri kompleksinin tikintisinə başlamağa imkan verəcək.

Bu məqsədlə ilk missiya 2026-cı ildə Aya gedəcək və layihənin 2028-ci ilə qədər başa çatdırılması planlaşdırılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR