İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və ABŞ arasında yeni təmas: Lavrov və Rubionun telefon danışığı yaxın günlərdə baş tutacaq

588 20.10.2025 15:56 Dünya A A

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Marko Rubio arasında yaxın günlərdə telefon danışığı planlaşdırılır.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlayıb.

Ryabkovun sözlərinə görə, danışıqların əsas mövzusu Rusiya–ABŞ münasibətləri, təhlükəsizlik məsələləri və beynəlxalq gərginliklərin azaldılması olacaq.

Diplomat qeyd edib ki, tərəflər “çətin, lakin zəruri dialoqa hazırdırlar” və söhbət konstruktiv məcrada keçməlidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR