İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya təyyarəsinə görə alman qırıcıları HAVAYA QALXDI

961 31.01.2024 14:40 Dünya A A

Baltik dənizi üzərində beynəlxalq hava məkanında uçan Rusiya kəşfiyyat təyyarəsi Almaniya Hərbi Hava Qüvvələrində həyəcana səbəb olub.

Musavat.com xəbər verir ki, bu barədə alman mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, "İlyuşin İl-20" tipli Rusiya kəşfiyyat təyyarəsinin Rügen adası sahillərində uçması səbəbindən Almaniya Hərbi Hava Qüvvələrinin qırıcıları təcili havaya qalxıb. Baltik dənizi üzərində bir müddət Rusiyaya məxsus hərbi kəşfiyyat təyyarəsi müşayiət edilib.

Xatırladaq ki, ötən ilin aprelində də oxşar hadisə baş verib. Alman qırıcıları bir müddət Rusiya təyyarəsini müşayiət edərək hava məkanından çıxarıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR