2025-ci ildə Rusiyada 627,9 min ağır və xüsusilə ağır cinayət qeydə alınıb ki, bu da son 15 ilin ən yüksək göstəricisidir.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, yalnız 2010-cu ildə bu rəqəm daha yüksək olub — 684,3 min.
Ağır və xüsusilə ağır cinayətlər üzrə artım üçüncü ildən bəri davam edir və bu artım müharibənin başlanmasından sonra müşahidə olunub. Lakin artımın sürəti yavaşlamağa başlayıb: 2023-cü ildə +9,7%, 2024-cü ildə +4,8% və 2025-ci ildə yalnız +1,7%.
Ən böyük artım isə Rusiyanın kasıb bölgələrində müşahidə edilib. Uzaq Şərq və Dağıstanda cinayətlərin sayı daha sürətlə artıb. Bu, regionlarda sosial və iqtisadi çətinliklərin daha da dərinə getdiyini və bunun cəmiyyətə təsir etdiyini göstərir.
Musavat.com






