İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya sülhməramlıları ilə bağlı yeni sənəd hazırlanmır - RƏSMİ AÇIQLAMA

878 27.12.2022 17:19 Gündəm A A

“Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin mandat və funksiyaları 10 Noyabr Bəyanatında təsbit edilib”.

Musavat.com oxu.az-a istinadla xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, 10 Noyabr Bəyanatından başqa, sülhməramlıların fəaliyyətini tənzimləyən sənəd yoxdur.

“Hazırda Rusiya sülhməramlılarının fəaliyyətinə dair hər hansı bir sənəd hazırlanmır və belə bir məsələ gündəlikdə deyil”, - deyə nazir əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR