İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya regiondan sıxışdırılacaq - Xaçikyandan İLGİNC AÇIQLAMA

1179 22.09.2023 13:45 Region A A

"Qarabağda baş verən proseslər Ermənistan-Rusiya münasibətlərinə ağır zərbə vurdu, hətta ortamüddətli perspektivdə bunu düzəltmək çox çətin olacaq".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli politoloq Artur Xaçikyan deyib.

"Erməni tərəfi bir sıra səhvlərə və qəbuledilməz addımlara yol verib, lakin Qarabağda sülhməramlıların gözü qarşısında baş verənlər Rusiya ilə münasibətlərimizə çox güclü zərbədir", - erməni siyasi ekspert deyib.

Xaçikyan vurğulayıb ki, bu vəziyyət hələ uzun onilliklər ərzində Ermənistan-Rusiya münasibətlərinə təsir edəcək.

O bildirib ki, bütün bu hadisələrdən sonra Azərbaycan və Türkiyə inteqrasiyasını davam etdirəcək, Azərbaycanda NATO ordusu olacaq.

"Bilmirəm, bizim rusiyalı tərəfdaşlarımız nə düşünür, amma orada NATO ordusu və hərbi bazaları olacaq. Onlar rusları həmişəlik və ya ən azı onilliklər ərzində regiondan tamamilə sıxışdıracaqlar. Ən azı onilliklər ərzində onların Cənubi Qafqazda heç nə etmək imkanları olmayacaq, amma görünür, bunun əleyhinə deyillər" - deyə erməni politoloq qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR