İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rusiya Qərbi pərt etmək üçün..." -Şoyqu ilə bağlı müəmma açılır?

2787 25.03.2022 17:36 Gündəm A A

"Rusiya müdafiə naziri Sergey Şoyqunun indi qayğıları çoxdur. İndi ictimaiyyətlə əlaqələr üçün yaxşı vaxt deyil. Bu, tamamilə başa düşüləndir”. Bunu ötən gün Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov söyləyib. O, müdafiə nazirinin xəstə olması ilə bağlı iddialara cavab verməkdən yayınıb: "Bu sualla bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxlamağı tövsiyə edirəm”.

Bəs, Şoyqu hardadır?

Bu barədə Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov xatırladıb ki, Kreml sözçüsünün qeyd edilən açıqlamanı verdiyi bir vaxtda Sergey Şoyqu barədə başqa bir informasiya da yayılıb:

""RİA Novosti”nin məlumatına görə, nazir martın 24-də müşavirə keçirib. Agentlik iddia edir ki, iclasda Qərb ölkələrinin Rusiyanın müdafiə sənayesinə tətbiq etdiyi sanksiyalar müzakirə olunub. Toplantının yekunlarına əsasən ölkə rəhbərliyinə hesabat üçün konkret təkliflər hazırlanıb. Dünən generalın fəaliyyəti barədə başqa xəbərlər də yayıldı. Bunlar həqiqət də ola bilər, ictimai rəyi toparlamaq üçün atılmış "yem" də. Hər halda Peskovun açıqlaması iddialara son qoymaqdan ötrü kifayət deyil. Daha yaxşı olardı ki, Şoyqu özü ictimaiyyətin qarşısına çıxsın. Beləliklə, camaatda şübhə yeri qalmazdı”.

Müsahibimiz qeyd edib ki, həm də bu, ən çox Kremlin özünə lazım idi:

"Çünki beləliklə, Rusiya Qərbi "pərt edə" bilərdi. İkinci bir tərəfdən, agentlik müdafiə nazirinin iclas keçirdiyinə dair foto və video yaymayıb. Adi cümlələr isə indiki gərgin məqamda "suları durultmaq" üçün kifayət qədər yetərli deyil. Şoyqu sağ da, işinin başında da olsa, müharibə edən bir ölkənin müdafiə naziri haqqında müxtəlif iddiaların yayılması yaxşıya işarə deyil. İddialar çox, münasibətlər qeyri-müəyyəndir. Sual isə konkretdir: Şoyqu haradadır?”.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri sonuncu dəfə martın 11-də mediaya açıqlama vermişdi. O bildirmişdi ki, Ukraynadakı müharibəyə Yaxın Şərqdən könüllülər cəlb oluna bilər. Bundan sonra isə onun adına ancaq Rusiya rəsmilərinə qarşı tətbiq edilən sanksiyalar siyahısında rast gəlinmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR