İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Prezidenti: Bakı ilə müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət veririk

672 25.05.2024 11:11 Siyasət A A

Bakı ilə müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət veririk.

Musavat.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanlandığı təbrik məktubunda qeyd edib.

Rusiya lideri Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verdiyini qeyd edib:

"Bakı ilə müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, gələcəkdə də bütün sahələrdə məhsuldar ikitərəfli əməkdaşlığı, o cümlədən regional məsələlərdə səylərin əlaqələndirilməsini planlı şəkildə artırmağa birgə davam edəcəyik. Bu, şübhəsiz ki, dost xalqlarımızın maraqlarına cavab verir, Cənubi Qafqazda və Xəzər dənizində təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi məcrasında davam edir".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR