İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusunun 58-ci qvardiyasının keçmiş komandiri həbs edilib

710 21.05.2024 17:10 Dünya A A

235-ci qarnizon hərbi məhkəməsi dələduzluqda şübhəli bilinən Rusiya ordusunun 58-ci qvardiyasının keçmiş komandiri İvan Popovu həbs edib.

Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar istintaqın tələbi əsasında qəbul edilib. Hərbçiyə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsi (“Dələduzluq”) ilə cinayət işi başlanıb. O, xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə oğurluqda ittiham olunur.

Son bir ayda Rusiya müdafiə nazirinin müavini Timur İvanov və hərbi idarənin kadrlar şöbəsinin rəisi Yuri Kuznetsov həbs edilib. Hər iki şəxs vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR