İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusu sərhəddə: Yeni cəbhə bu istiqamətdə açılır

1190 22.05.2024 00:27 Dünya A A

Ukrayna Dövlət Sərhəd Xidmətinin (DSX) sözçüsü Andrey Demçenko Rusiya ordusunun Xarkovda olduğu kimi, Sumı vilayətində də hücuma keçə biləcəyini istisna etmir.

DSX-nın sözçüsü Rusiyanın Ukraynanın sərhəd bölgələrini hədəfə almağa başladığını açıqlayıb.

“Nə qədər ki belə bir qonşumuz var, istənilən vəziyyətə hazır olmalıyıq. Müdafiə imkanlarımızı artırmağa davam etməliyik. Sumı istiqaməti də daxil olmaqla, heç vaxt hücum istisna edilə bilməz. Düşmən istənilən an, kifayət qədər qüvvəsi olmasa belə, hazırda Xarkov istiqamətində olduğu kimi, buna bənzər bir şey etməyə cəhd edə bilər. Məhz cəbhə, aktiv döyüş əməliyyatları xəttini və ölkəmizin müdafiə qüvvələrini bu xətlər üzrə bölmək üçün...”, - Demçenko bildirib.

Onun sözlərinə görə, Ukrayna-Rusiya sərhədinin uzunluğu ordunun çətinliklərini artırır: “Düşmənimizlə sərhədin uzunluğu kifayət qədər böyükdür. Təkcə Sumıda 560 kilometrdən çoxdur”.

Demçenko həmçinin əlavə edib ki, DSX öz bölmələrini təkcə Sumı yox, həm də Çerniqov istiqamətində saxlayır:

“Xarkov istiqamətində nələrin baş verdiyini görürük. Bəzi ərazilərdə, Liptsi və ya Vovçansk istiqamətlərində üstünlüklərinə baxmayaraq, strateji məqsədinə nail ola bilmirlər. Amma onların əsas vəzifəsi Ukrayna Müdafiə Qüvvələrini bu istiqamətə çəkməkdir ki, bu qüvvələrdən intensiv döyüşlər gedən yerdə istifadə edə bilməyək”./Teleqraf.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR