İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya nefti büdcə qiymətindən 30 dollar aşağı düşüb

568 01.02.2023 16:10 İqtisadiyyat A A

2022-ci ilin yanvar ayında Rusiyanın əsas ixrac məhsulu olan "Urals" markalı neftin orta qiyməti 49,48 dollar təşkil edib.

Musavat.com Rusiya Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni ayı ilə müqayisədə 1,7 dəfə azalma deməkdir – keçən ilin yanvarında orta qiymət 85,64 dollar olmuşdu.

2022-ci ilin dekabrında "Urals"ın qiyməti əvvəlki ilin eyni ayı ilə müqayisədə 1,44 dəfə ucuzlaşmaqla 50,47 dollar təşkil edib. Buna baxmayaraq, ilin yekununda Rusiya neftinin orta qiyməti 10,3 faiz artıq olmaqla 76,09 dollar olub. 2023-cü il üzrə Rusiya dövlət büdcəsi neftin 70 dollarlıq orta qiymətinə əsasən hesablanıb.

Bu ilin yanvar ayında "Brent" markalı neftin orta qiyməti 84 dollar olub. Bu isə "Urals"ın onunla müqayisədə 41 faiz aşağı qiymətə satıldığını göstərir. Dekabrda "Brent"in orta qiyməti 81,2 dollar təşkil edib. 15 dekabr-14 yanvar aralığında "Brent"in qiyməti 82 dollar, "Urals"ın qiyməti isə 46,82 dollar olub. Bu isə 43 faizlik diskont deməkdir.

Xatırladaq ki, 2022-ci il dekabrın 5-dən etibarən Avropa İttifaqı Rusiyadan neft idxalını demək olar ki, tamamilə dayandırıb. İstisna yalnız neft kəməri ilə Rusiyadan neft alan, digər mənbələrə çıxışı olmayan ölkələrə tətbiq olunub. Onlar da 2024-cü ilin əvvəlinədək Rusiya neftinin alışını dayandırmalıdırlar.

Dekabrın 5-də həmçinin Avropa İttifaqı, G7 ölkələri və daha bir neçə inkişaf etmiş ölkə Rusiya nefti üçün qiymət tavanı tətbiq ediblər. Bir barel üçün 60 dollardan yuxarı satılan Rusiya neftinin ticarətini və daşınmasını bu ölkələrə məxsus sığorta şirkətləri və bankların maliyyələşdirməsi, sığortalaması qadağan olunub. Rusiya isə öz növbəsində neft şirkətlərinə qiymət tavanına qoşulan ölkələrə məhsul satışını iyunun 1-dək qadağan edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR