İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Müdafiə nazirliyinin əsas təchizatçılarında birinin AB vətəndaşı olduğu üzə çıxıb

883 27.05.2024 16:39 Siyasət A A


Rusiyalı milyarder, ölkənin silah sənayesinin öndə gələn isimlərindən Aleksey Zolotaryovun Malta vətəndaşlığına malik olduğu, onun həyat yoldaşının şirkətinin isə Fransada daşınmaz əmlakı olduğu üzə çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The İnsider” saytı məlumat yayıb.

Biznesmenin aktivlərindən biri də  Müdafiə Nazirliyindən qara və əlvan metal qırıntılarını (sıradan çıxmış maşın və ya avadanlıqlar) alan “Translom” şirkətidir. Bundan əvvəl şirkət istismardan çıxarılan Rusiya Dəmir Yollarının vaqonlarının utilizasiyası ilə məşğul olubmuş.

 “Translom” şirkəti isə öz növbəsində Putinə yaxın olan Rotenberq qardaşlarının qrupuna daxildir

2018-ci ilin sonunda Zolotaryov Malta pasportu alıb. Sahibkarın həyat yoldaşı Fransada Kot d'Azurda bir  şirkətə məxsus villanın sahibəsidir.

Üstəlik, Aleksey Zolotaryov hələ də Aİ sanksiyalarına məruz qalmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR