İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Mərkəzi Bankı faiz dərəcəsini yenə artırdı

746 15.12.2023 19:52 Region A A

Rusiya Bankının Direktorlar Şurası bu gün keçirilən iclasda əsas uçot dərəcəsini 100 baza bəndi artıraraq illik 16 faizə çatdırmaq qərarına gəlib.

Musavat.com-un məlumatına görə, bankın qərarla bağlı açıqlamasında qeyd olunur ki, ölkədə mövcud inflyasiya təzyiqi yüksək olaraq qalır:

“2023-cü ilin sonunda illik inflyasiyanın 7,0-7,5 faiz proqnoz diapazonunun yuxarı həddinə yaxın olacağı gözlənilir. Eyni zamanda Rusiya Bankının məlumatına görə, 2023-cü ildə ÜDM artımı, oktyabr ayı proqnozundan yüksək olacaq və 3 faizi keçəcək. Bu o deməkdir ki, 2023-cü ilin ikinci yarısında Rusiya iqtisadiyyatının balanslaşdırılmış artım trayektoriyasından yuxarıya doğru irəliləməsi Rusiya Bankının oktyabrda təxmin etdiyindən daha əhəmiyyətli olub”.

Mərkəzi Bank kredit bazarının müəyyən seqmentlərində aktivliyin azaldığını, lakin ümumi kreditləşmənin artım templərinin hələ də yüksək olaraq qaldığını bildirir:

"Əhalinin inflyasiya gözləntiləri və müəssisələrin qiymət gözləntiləri artıb. İnflyasiyanın 2024-cü ildə hədəfə qayıtması və onun 4 faiz ətrafında sabitləşməsi iqtisadiyyatda sərt monetar şəraitin uzun müddət saxlanılmasını tələb edir. Rusiya Bankı əsas faiz dərəcəsi ilə bağlı növbəti qərarlarını inflyasiyanın hədəfə nisbətən faktiki və gözlənilən dinamikasını, iqtisadi inkişaf perspektivlərini, habelə daxili və xarici şəraitə bağlı riskləri və maliyyə reaksiyasını nəzərə alaraq qəbul edəcək”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR