İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya məhkəməsi Rövşən Əsgərov barəsində QƏRAR VERDİ

1839 26.09.2023 13:15 Region A A

Moskvanın Savyolovski Məhkəməsi “Nə? Harada? Nə vaxt?” televiziya şousunun keçmiş oyunçusu Rövşən Əsgərovu yenidən cərimələyib.

Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunub ki, xarici agent fəaliyyəti haqqında qaydaları pozduğuna görə Rövşən Əsgərov 40 min rubl məbləğində inzibati cərimə cəzasına məhkum edilib.

Xatırladaq ki, bundan əvvəl rusiyalı müstəntiqlər sosial şəbəkələrdəki paylaşımına görə Rövşən Əsgərova qarşı cinayət işi açıb. O, aprelin 6-da feysbuk sosial şəbəkəsində Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən və nüfuzdan salan məlumat yayıb. Hazırda R.Əsgərov federal axtarışdadır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR